"Neftçi" Aleksey Kaşuku transfer edir? RƏSMİ AÇIQLAMA

"Neftçi" "Şaxtyor"un futbolçusu Aleksey Kaşukla bağlı açıqlama yayıb.

Newsport.az xəbər verir ki, "ağ-qaralar" ukraynalı vingerin transferi ilə bağlı yayılan xəbərləri təkzib edib:

"Xarici mətbuatda “Neftçi”nin ukraynalı futbolçu Aleksey Kaşukun xidmətində maraqlı olduğu və oyunçuya rəsmi təklif göndərdiyi barədə xəbərlər  yazılır. “Neftçi” PFK adından bildiririk ki, sözügedən məlumatlar həqiqəti əks etdirmir. Media nümayəndələrindən bu kimi xəbərləri dərc etməmişdən əvvəl “Neftçi” PFK Mətbuat xidməti ilə əlaqə saxlayıb rəsmi mövqe əldə etmələrini bir daha xahiş edirik!"





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right