"Qarabağ"ın legioneri: "Zədəli deyiləm, millinin oyunlarına hazırlaşıram"

"Qarabağ"ın futbolçusu Patrik Andrade Kabe-Verde milli komandasının heyətində Afrika Millətlər Kubokunun matçlarında iştirak edəcək. Öncədən onun zədəli olduğu xəbər verilmişdi. Lakin futbolçu kollektivlə birlikdə məşqlərinə davam edir.

Newsport.az-ın məlumatına götə, bu barədə Patrik özü Sportal.az saytına açıqlamasında bildirib. Andrade zədəli olmadığını və turnirdə komandasının məqsədlərindən söz açıb:

"Bəli, hazırda Fil Dişi Sahilindəyəm, milli komandanın düşərgəsində. Məşqlərimiz davam edir. Xeyr, mənim heç bir zədəm yoxdur. Millinin oyunlarına hazırlaşıram. Afrika Millətlər Liqasındakı məqsədimizə gəlincə, biz addım-addım irəliləmək istəyirik. Necə alınacağını zaman göstərəcək".

Andrade, millidəki oyunlara görə "Qarabağ"dan uzaq qalmasına isə bu cür şərh verib: "Klubun  düşərgəsinə qayıtmaq məsələsinə gəlincə, bu, millidəki nəticələrdən asılıdır".

Kabe-Verde yığması B qrupunda Misir, Qana və Mozambiklə mübarizə aparacaq.

Qeyd edək ki, Afrika Millətlər Kuboku yanvarın 13-dən fevralın 11-nə qədər Fil dişi Sahilində keçiriləcək.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right