AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib. Newsport.az xəbər verir ki, Region Liqasında keçirilən “Balakən” – “Goranboy Qala” oyunu ilə bağlı sərt qərar qəbul olunub.
Həmin görüşün 57-ci dəqiqəsində “Balakən”in futbolçusu Ariz Teymurlu ilə onun “Goranboy Qala”dakı həmkarı Xəyal Qasımov əlbəyaxa olub.
Bu üzdən onlara 4 oyunluq sanksiya tətbiq edilib.