"Çempionluq uğrunda mübarizədə sözümüzü deyə bilərik".
Newsport.az xəbər verir ki, bunu "Qarabağ"ın pley-off mərhələsindəki rəqibi Portuqaliyanın "Braqa" klubunun aparıcı futbolçusu Joao Moutinyo yerli mətbuata müsahibəsində Avropa Liqasındakı hədəfləri barədə danışarkən deyib.
37 yaşlı yarımmüdafiəçi turnirdə titul uğrunda yarışacaqlarını bildirib: "Hazırda Avropa Liqasında güclü komandalar var. Biz bunu bilirik. Burada təkcə oynamaq istəmirik, həm də nəyə nail olacağımızı göstərmək niyyətindəyik. Futbolda gözlənilməz nəticələr də olur".
Təcrübəli oyunçu Çempionlar Liqasındakı çıxışlarını da xatırladıb: "Bəzi matçlarda yaxşı mübarizə aparsaq da, nəticə alınmadı. Qrupdakı rəqiblərimiz çox təcrübəli idilər. Amma kədərlənmirik, çünki əlimizdən gələni etdik və daha da irəli gedə bilərdik. Avrokuboklarda yolumuza davam edirik".
Qeyd edək ki, “Qarabağ”la “Braqa” arasında matçlar fevralın 15-də və 22-də keçiriləcək.