Ramil Şeydayevin “Kocaelispor”dakı qazancı açıqlandı

Azərbaycan millisinin hücumçusu Ramil Şeydayev “Kocaelispor”a keçməyə yaxındı. Newsport.az xəbər verir ki, Türkiyə mətbuatı 27 yaşlı forvardın TFF I Liqa təmsilçisindəki məvacibini də açıqlayıb.

Bildirilib ki, futbolçu 1,5 illik müqaviləyə qol çəkəcək. O, bonuslar da daxil olmaqla cari mövsümün qalan 6 ayı üçün 300 min avro alacaq. Yığmamızın üzvünün növbəti mövsüm üçün gəliri isə 550 min avro təşkil edəcək.

Qeyd edək ki, Ramil Şeydayev Tailandın “Buriram Yunayted” klubunda çıxış edir.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right