“Zirə” yoxlama görüşündə “Araz-Naxçıvan”ı məğlub edib

Qış təlim-məşq toplanışını Azərbaycanda keçən Premyer Liqanın iki komandası yoxlama görüşündə üz-üzə gəlib.

Newsport.az-ın məlumatına görə, mövsümün ilk yarısından sonra çempionatın ikinci pilləsində qərarlaşan “Zirə” altıncı yerin sahibi “Araz-Naxçıvan”la qarşılaşıb.

Naxçıvan təmsilçisinin ev oyunlarını keçirdiyi “Dalğa Arena”da baş tutan matçın birinci hissəsində qapılara qol vurulmayıb. Hesabı 55-ci dəqiqədə bakılılar açıblar. İlkin Muradov fərqlənib. Orxan Əliyev 69-cu dəqiqədə penaltidən “status-kvo”nu bərpa edib. Lakin cəmi 2 dəqiqə sonra Salifu Suma dəqiq zərbə ilə “Zirə”yə 2:1 hesablı qələbə qazandırıb.

Hər iki komanda yanvarın 15-də ikinci yoxlama görüşünə çıxacaq. “Zirə” “Qarabağ”la, “Araz-Naxçıvan” isə “Qəbələ” ilə qarşılaşacaq.

Qeyd edək ki, Premyer Liqanın geridə qalan 18 turunda “Zirə” 29, “Araz-Naxçıvan” isə 26 xal toplayıb.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right