Mövsümün ikinci yarısının hazırlığını ölkə daxilində davam etdirən Premyer Liqa klublarından ikisi “Qəbələ” və “Kəpəz” bu gün yoxlama oyununda üz-üzə gəliblər.
Newsport.az saytının məlumatına görə, Qəbələdə keçirilən qarşılaşma Gəncə klubunun qələbəsi ilə yekunlaşıb.
Yoxlama oyunu
10 yanvar
"Qəbələ" - "Kəpəz" - 1:2
Qollar: Ülvi İsgəndərov, 13 (1:0), Georgi Papunaşvili, 25 (1:1), Murad Musayev, 32-avtoqol (1:2)
Qəbələ şəhər stadionu