Ramil Şeydayev Türkiyə klubunda!

Azərbaycan millisinin hücumçusu Ramil Şeydayev yenidən Türkiyədə çıxış edəcək. Newsport.az yerli mətbuata istinadən xəbər verir ki, 27 yaşlı futbolçu “Kocaelispor”un formasını geyinəcək.

Hətta tərəflər arasında müqavilə imzalandığı da vurğulanıb. Tailandın “Buriram Yunayted” klubunda çıxış edən Şeydayevin TFF I Liqa təmsilçisi ilə 1,5 illik sazişə qol çəkdiyi bildirilib. Onun bir neçə gün ərzində Kocaeliyə yollanaraq, yeni komandasına qatılması gözlənilir.

Qeyd edək ki, Ramil Şeydayev daha əvvəl 2016-2018-ci illərdə Türkiyədə “Trabzonspor”da çıxış edib





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right