"Bayer"in hücumçusu Viktor Bonifase zədələnib.
Newsport.az xəbər verir ki, bu barədə klubun saytı məlumat yayıb. O, Nigeriya millisinin heyətində sıradan çıxıb.
Bildirilir ki, 23 yaşlı forvard aprelin əvvəlinə kimi yaşıl meydanlardan kənarda qalacaq. Hücumçu yaxın vaxtlarda əməliyyat olunacaq.
Qeyd edək ki, Bonifase debüt mövsümündə "Bayer" üçün 23 oyun keçirib, 16 qol vurub və 8 qolun ötürməsini verib.
Xatırladaq ki, Viktor Bonifase Avropa Liqasının qrup mərhələsində hər iki görüşdə "Qarabağ"a qol vurmağı bacarmışdı.