Nazirdən AFFA-nın baş məşqçi axtarışına münasibət

“Ümid edirəm ki, AFFA baş məşqçi məsələsində uğurlu seçim edəcək”.

Newsport.az-ın "Report”a istinadən yaydığı məlumata görə, bunu gənclər və idman naziri Fərid Qayıbov futbol üzrə Azərbaycan millisinə yeni baş məşqçi axtarışı ilə bağlı jurnalistlərə açıqlamasında deyib.

Nazir AFFA-nın ən doğru varianta üstünlük verəcəyinə inandığını bildirib: “AFFA ictimai birlikdir. Mən isə futbol mütəxəssisi deyiləm, azarkeşəm”.

Qeyd edək ki, Canni De Byazinin gedişindən sonra Azərbaycan millisinin baş məşqçi vəzifəsi boşdur.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right