"Araz-Naxçıvan" və "Zirə" arasında keçiriləcək yoxlama oyununun stadionu dəyişdirilib.
Newsport.az xəbər verir ki, bu barədə Naxçıvan təmsilçisinin mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, yanvarın 10-da, saat 15:00-da start götürəcək qarşılaşma əvvəldən nəzərdə tutulduğu kimi Bakı Olimpiya Stadionunda olmayacaq. Matç Zirə İdman Kompleksinin stadionunda keçiriləcək.