“Qəbələ” legioneri ilə vidalaşdı

“Qəbələ” iordaniyalı futbolçu Omar Hani ilə yollarını ayırıb.

Newsport.az xəbər verir ki, 23 yaşlı yarımmüdafiəçi ilə müqaviləyə qarşılıqlı razılaşma əsasında xitam verilib.

2021-ci ilin sentyabrından komandamızda çıxış edən legioner “qırmızı-qara” formada 85 matçda 4 qol vurub. Omar Premyer Liqada 71 (3 qol), Azərbaycan kubokunda 10 (1 qol), avrokuboklarda 1 matçda iştirak edib. Asiyalı futbolçu “Qəbələ”nin heyətində 2022-2023-cü illər mövsümündə Azərbaycan kubokunun qalibi olub.

 

 

 





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right