“Qarabağ”ın sabiq futbolçusu Uroş Matiç Britaniya nəşrinə Səudiyyə Ərəbistanı çempionatı ilə bağlı maraqlı fikirlər səsləndirib.
Newsport.az xəbər verir ki, həmin ölkənin “Abha” klubunda çıxış edən 33 yaşlı yarımmüdafiəçi Kriştianu Ronaldonun “Əl-Nəsr”ə transferinin çox şeyi dəyişdiyini deyib.
“Ronaldo gələndə çox sevindim. Çünki bu, Səudiyyə Ərəbistanı futbolu, burada oynayan bütün oyunçular üçün yaxşıdır. Liqa dərhal dəyişdi. İndi çox adam Səudiyyə Ərəbistanı futbolunu izləmək istəyir, televiziya kanalları bu liqanı yayımlamaq hüququnu almaq üçün yarışır. Ronaldo Pro Liqanın səviyyəsini yüksəltdi”.
Qeyd edək ki, Uroş Matiç “Abha”ya 2021-ci ilin yayında “Qarabağ”dan keçib. Serbiyalı 2020-21 mövsümünü Azərbaycan klubunun heyətində keçirib.