"Zirə"nin istəyinə "Neftçi"nin cavabı necə oldu?

"Neftçi"nin baş məşqçisi Miodraq Bojoviç komandanın hücumçusu Yeqor Boqomolskinin "Zirə"nin maraq dairəsində olması xəbərini təsdiqləyib.

Newsport.az xəbər verir ki, o, jurnalistlərə müsahibəsində belaruslu futbolçunun "Neftçi"yə lazım olduğunu və onun komandada qalacağını bildirib:

"Yeqor çox istedadlı oyunçudur. Gəncdir, bizdə inkişaf edə bilən oyunçulara ehtiyac var. Bu gün də ("Erzurumspor"la yanvarın 6-da keçirilən oyun - red.) çox yaxşı oyun göstərdi. Bir neçə qol şansı oldu, amma təcrübə çatışmazlığına görə dəyərləndirə bilmədi. O, komandada qalacaq".

Qeyd edək ki, 23 yaşlı hücumçu 2022-ci ilin yayından "Neftçi"də çıxış edir. O, bu mövsüm "ağ-qaralar"da ümumilikdə 15 oyuna çıxıb, 1 qol vurub və 1 qol ötürməsi edib.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right