“Səbail”in Rumıniya klubu ilə matçının vaxtı bilindi

“Səbail” Azərbaycan Premyer Liqasında mövsümün ikinci yarısına hazırlığı davam etdirir. Newsport.az xəbər verir ki, Türkiyədə təlim-məşq toplanışında olan Bakı klubunun ilk yoxlama görüşünün vaxtı bəlli olub.

Şahin Diniyevin yetirmələri yanvarın 12-də Rumnıniya Superliqa təmsilçisi “Universitatya Kluj”la qarşılaşacaq. “İS Santai Hotel”inin meydançasında baş tutacaq matç Bakı vaxtı ilə saat 18:00-da start götürəcək.

Qeyd edək ki, “Səbail” ikinci yoxlama görüşünü yanvarın 15-də Rusiya təmsilçisi “Fakel”ə qarşı keçirəcək.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right