“Neftçi” Albaniyanın “Partizani” klubu ilə yoxlama görüşü keçirməyəcək. Newsport.az xəbər verir ki, Bakı təmsilçisi Albaniya mətbuatının yaydığı məlumatı təkzib edib.
Bir müddət əvvəl albanlar bu komandaların yanvarın 9-da Antalyada üz-üzə gələcəyini yazmışdı. Lakin “ağ-qaralar” sabah heç bir qarşılaşma keçirməyəcək.
Baş məşqçi Miodraq Bojoviç yetirmələrini bir də yanvarın 13-də sınayacaq. Ancaq təlim-məşq toplanışının son günü üçün rəqib hələ bəlli deyil.