"Zirə"dən ayrıldığı deyilən legioner: "Yazılanlar doğru deyil"

Ukraynalı futbolçu Vladislav Kulaç “Zirə”dən ayrılması ilə bağlı yayılan məlumatları təkzib edib. 

Newsport.az xəbər verir ki, “sport.ua”ya danışan forvard Premyer Liqa klubunda mövsümün sonuna qədər qalacağını söyləyib:

"Zirə" ilə müqaviləm 2023/24 mövsümünün sonuna qədər qüvvədədir. Azad agent olduğum barədə məlumatın niyə dərc edildiyini anlamıram. Çünki hazırda “Zirə”nin oyunçusuyam və yazılanlar doğru deyil. Məsələn, hazırda teoriya hazırlığına gedirəm, ona görə də çox danışa bilmirəm".

Ukraynalı forvard “transfermarkt” portalında da azad agent kimi göstərilib.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right