"Arsenal"da çalışmış məşqçi "Neftçi"də

Adrian Mutunun "Neftçi"dən ayrılığından sonra baş məşqçi postuna gətirilən Miodraq Bojoviçin köməkçiləri də bəlli olmaqdadır.

Newsport.az saytına verilən məlumata görə, monteneqrolu mütəxəssisə həmyerliləri kömək edəcək.

Onlar arasında əvvəl birlikdə işlədiyi mütəxəssislər də var. Həmin mütəxəssislərdən biri Saşa Petroviçdir. 57 yaşlı məşqçi "Arsenal"(Tula), "Krılya Sovetov", "Srvena Zvezda"da Bojoviçlə çalışıb.

Miodraqa kömək edəcək digər məşqçilər isə Deyan Mrvalyeviç və Deyan İliç olacaq. 





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right