Küveyt klubunun sabiq futbolçusu "Kəpəz"ə keçə bilər

"Kəpəz" yerli futbolçu axtarışlarını davam etdirir.

Newsport.az saytına verilən məlumata görə, Gəncə klubunun transfer siyahısında yer alan oyunçulardan biri də Kamal Mirzəyevdir.

Premyer Liqa təmsilçisi mövsümün əvvəlində “İrəvan”la müqavilə imzalamış 29 yaşlı futbolçunun “Kəpəz”ə keçib-keçməyəcəyi yaxın günlərdə dəqiqləşəcək. Onun Birinci Liqa klubu ilə müqaviləsi mövsümün sonunda başa çatacaq.

Mirzəyev “Qəbələ”, AZAL, “Sumqayıt”, “Zirə”, “Sumqayıt”, “Əl-Salmiyə”(Küveyt), “Şamaxı” klublarında oynayıb. O, U-21 yığmamızın da şərəfini qoruyub.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right