“Zirə”də ayrılıq

“Zirə” klubu ukraynalı futbolçusu Vladislav Kulaçla yollarını ayırıb.

Newsport.az xəbər verir ki, 2023-cü ilin əvvəlində paytaxt təmsilçisinə keçən 30 yaşlı hücumçu azad agent statusu alıb.

Vladislav Kulaç “Zirə”nin heyətində Azərbaycan Premyer Liqası və ölkə kubokunda 24 oyuna çıxıb. O, bu matçlarda 4 qol, 1 məhsuldar ötürmə ilə yadda qalıb.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right