Mövsümün ikinci yarısına hazırlaşa “Zirə” növbəti transferini həyata keçirib.
Newsport.az-ın məlumatına görə, Rəşad Sadıqovun komandası “Qəbələ”nin sabiq futbolçusu Rafael Utziqlə anlaşıb.
Braziliyalı forvard yaxın günlərdə Azərbaycana gəlib müqavilə imzalayacaq.
Qeyd edək ki, Rafael Utziq 2020-2022-ci illərdə “Qəbələ”də çıxış edib. O, əyalət təmsilçisinin heyətində meydana çıxdığı 48 matçda 11 qola imza atıb.
Futbolinfo.az