"Səbail" III dövrənin hazırlıqlarına start verdi

“Səbail” Premyer Liqanın 2023/2024-cü illər mövsümünün ikinci mərhələsi üçün hazırlıqlara start verib.

Newsport.az-ın məlumatına görə, komanda baş məşqçi Şahin Diniyevin rəhbərliyi altında bu gün “ASCO Arena”da yeni ildə ilk məşqini keçirib.

“Səbail” hazırlığın növbəti mərhələsi üçün yanvarın 5-də Türkiyənin Antalya şəhərinə yola düşəcək. “Miracle Resort” hotelində məskunlaşacaq "dənizçilər" qonşu ölkədə 2 yoxlama oyunu keçirəcək.

Rəqiblər Rumıniya Super Liqa təmsilçisi “Universitatea Cluj” (12 yanvar) və Rusiya Premyer Liqa klubu “Fakel” (15 yanvar) olacaq.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right