Azərbaycan klubu Rusiyada oynayan müdafiəçini heyətinə qatmağı planlaşdırır

"Zirə"nin sabiq futbolçusu Nemanya Ancelkoviç yenidən Azərbaycan Premyer Liqasında çıxış edə bilər.

Newsport.az-ın məlumatına görə, serbiyalının xidmətində maraqlı olan komandalar var.

Onlardan biri “Səbail”dir. Məlumata görə, Bayıl təmsilçisi müdafiəçi ilə yaxından maraqlanır və onu heyətinə qatmağı planlaşdırır.

Ölkəmizi tərk etdikdən sonra Rusiyanın “Akron” klubunda forma geyinən Nemanyanın müqaviləsi 2026-cı il iyunun 30-na qədərdir. 26 yaşlı futbolçu “Zlatibor”, “Radnik”, “Yavor”,  “Metalaç” klublarında oynayıb.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right