"Karvan" rəqibinə təpik vuran futbolçusu ilə müqaviləni ləğv etdi

"Karvan" futbolçusu Ruslan Voronsovla yolları ayırıb.

Newsport.az-ın məlumatına görə, bu barədə 1-ci liqa təmsilçisinin mərbuat xidməti məlumat yayıb.

28 yaşlı hücumçunun müqaviləsinə qarşılıqlı razılaşma əsasında xitam verilib.

Xatırladaq ki, Voronsov 1-ci liqanın 12-ci turunda "Zaqatala" ilə oyunda rəqibinə təpik vurduğuna görə AFFA İntizam Komitəsi tərəfindən 4 matçlıq diskvalifikasiya edilib. "Karvan" isə buna görə 300 manat cərimə edilib.

Qeyd edək ki, bu mövsüm "Karvan"ın heyətində 6 qol vuran Ruslan Voronsov komandanın bombardirlərindən idi.

 
 




Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right