"Kəpəz" "Neftçi"nin futbolçusu ilə maraqlanır

“Kəpəz” heyətini gücləndirmək üçün futbolçu axtarışını davam etdirir.

Newsport.az-ın məlumatına görə, Gəncə klubunun maraq dairəsində olan oyunçulardan biri də “Neftçi”yə məxsus olan Vüsal Əsgərovdur.

“Ağ-qaralar”la müqaviləsi olan yarımmüdafiəçi mövsümün əvvəlində bir illik “İrəvan”a icarəyə verilib.

“Kəpəz” onu bu qış heyətinə qatmaq niyyətindədir. Keçidin baş tutub-tutmayacağı yaxın vaxtlarda dəqiqləşəcək.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right