"Rusiyada, hətta Fan ID-ni də nəzərə alsaq, daha atmosferlidir. Oyun keyfiyyətinə görə müqayisə etmək çətindir. Yalnız onu deyə bilərəm ki, Rusiyada “Qarabağ” liderlərdən biri olardı və yüksək yerlər uğrunda mübarizə aparardı”.
Newsport.az-ın məlumatına görə, bu sözləri “Qarabağ”ın qapıçısı Andrey Lunyov “RB-Sport”a müsahibəsində Rusiya və Azərbaycan liqalarını müqayisə edərkən bildirib.
O, “Qarabağ”a gəldiyi ilk vaxtdan da danışıb: “Komandaya qoşulanda məni ona köklədilər ki, əsl futbol avrokuboklarda başlayır. Amma bu, məni yaxşı mənada təəccübləndirdi. Liqada bütün komandalar müasir futbol oynamağa, təzyiqdən çıxmağa, təzyiq yaratmağa çalışırlar. İndi hər şey dəyişir, çempionatın səviyyəsi yüksəlir və düzgün münasibət olmadan hər hansı bir rəqiblə oynamaq çətin olur”