"Kəpəz"in rəqibi dəyişdi

"Kəpəz"ın çempionatın ikinci hissəsinə hazırlıq çərçivəsində "Araz-Naxçıvan"la keçirəcəyi yoxlama oyunu ləğv edilib.

Newsport.az-ın məlumatına görə bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Bildirilir ki, klublar arasında matçın məkanı ilə bağlı razılıq əldə olunmadığından oyun baş tutmayacaq. 

"Kəpəz" 1-ci liqa təmsilçisi "İmişli" ilə anlaşıb. Bu rəqiblə oyun yanvarın 15-də Gəncədə keçiriləcək.

Qeyd edək ki, "Kəpəz"in digər rəqibi "Qəbələ"dir. Bu görüş yanvarın 10-na təyin edilib.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right