"Turan Tovuz" Çempionlar Liqasında 1/8 finala vəsiqə qazanan klubla qarşılaşacaq

“Turan-Tovuz” Antalyada (Türkiyə) təlim-məşq toplanışındakı ilk rəqibi müəyyənləşib.

Newsport.az-ın məlumatına görə, tovuzlular Özbəkistanın “Nasaf” klubu ilə qarşılaşacaq.Görüş yanvarın 15-də baş tutacaq.

Ayxan Abbasovun rəhbərlik etdiyi kollektiv Antalyada üç oyun keçirəcək.

Qeyd edək ki, “Nasaf” Asiya Çempionlar Liqasında 1/8 finalda mübarizə aparacaq. Onların rəqibi BƏƏ-nin “Əl Əyn” klubudur.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right