"Qarabağ"ın futbolçusu Adama Diakabinin qışda komandadan ayrılmaq ehtimalı yüksəkdir.
Newsport.az saytına verilən məlumata görə, Ağdam klubundan ona qışda özünə klub tapması tapşırılıb.
Azərbaycan çempionu artıq fransalıya etimad göstərmir. Diakabi özü üçün yeni ölkə kəşf etmək niyyətində deyil. Belə ki, 27 yaşlı yarımmüdafiəçi qışdan sonra karyerasını vətənində davam etdirməyi planlaşdırır. Buna görə də, elə özünə məhz doğma olan Fransada klub axtarışındadır.
Diakabinin “Qarabağ”a keçidi 2023-cü il yanvarın 13-də baş tutub. Onun Azərbaycan çempionu ilə müqaviləsi 2025-ci il iyunun 30-na qədərdir.
Qeyd edək ki, “Qarabağ” Adamanın adını Azərbaycan Premyer Liqası üçün sifariş etsə də, Avropa Liqasının qrup mərhələsi üçün ehtiyac görməmişdi.
27 yaşlı futbolçu "Kan", "Renn", "Monako", "Haddersfild", "Nottingem Forest", "Amyen" klublarında, həmçinin Fransanın U-21 millisində oynayıb.