Şahruddinin komandasında ayrılıq

Azərbaycan millisinin üzvü Şahruddin Məhəmmədəliyevin də formasını geyindiyi "Adana Demirspor"dan daha bir futbolçu ayrılıb.

Newsport.az xəbər verir ki, bu barədə klubun saytı məlumat yayıb. 33 yaşlı yarımmüdafiəçi Yunus Belhanda Superliqa təmsilçisi ilə vidalaşıb. Tərəflər müqaviləyə qarşılıqlı razılaşma əsasında xitam veriblər.

Daha əvvəl "Adana Demirspor"un maliyyə problemlərinin olduğu və bir neçə futbolçunun komandadan ayrılmaq istədiyi bildirilirdi. Müdafiəçi Endryu Qravillo da məhz maaşını ala bilmədiyi üçün "Adana Demirspor"dan ayrılıb.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right