Albaniya klubu “Qarabağ” hücumçusu istəyir

“Qarabağ” hücumçusu Redon Cica ilə yollarını ayıra bilər. Newsport.az xəbər verir ki, bu barədə Albaniya mətbuatı məlumat yayıb.

Bildirilir ki, Albaniya millisinin forvardı ölkəsinin “Partizani” klubunun maraq dairəsindədi.  Titana təmsilçisi 25 yaşlı oyunçunu mövsümün sonuna kimi icarəyə götürməyi planlaşdırır. Lakin bunun üçün Ağdam komandasını razı salmaq lazımdı. Cica Azərbaycan klubunda əsas heyətə düşə bilmədiyindən, keçidin baş tutması istisna edilmir.

Qeyd edək ki, “Qarabağ”a bu ilin əvvəlində “Tirana”dan keçən Redon Cicanın müqaviləsi 2026-cı ilin yayına qədərdi.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right