“Zirə”nin qış təlim-məşq toplanışının proqramı məlum olub.
Newsport.az xəbər verir ki, bu haqda klubun yaydığı açıqlamafa bildirilir. Komanda yanvarın 3-də bir araya gələcək. Hazırlığını Bakıda keçəcək “qartallar” toplanış müddətində 2 yoxlama oyunu keçirməyi planlaşdırıb. Komanda yanvarın 10-da “Araz-Naxçıvan”, yanvarən 15-də isə “Qarabağ”la qarşılaşacaq.
“Zirə” daha sonra Misli Premyer Liqasının 19-cu turunda “Səbail”ə qarşı keçirəcəyi oyuna hazırlaşacaq.