Musanın komanda yoldaşı nəhənglərin hədəfində

Lukas Berqvall iki qitə nəhənginin hədəfinə düşüb. “Barselona” və “İnter” 17 yaşlı isveçli yarımmüdafiəçini transfer etmək istəyir.

Newsport.az xəbər verir ki, “Brommapojkarna” yetirməsi olan, bu ilin əvvəlində “Yurqorden”ə keçən oyunçu ümid vəd edən gənclərdəndir. O, 900 min avro qarşılığında transfer edilmişdi. İndi isə “Barselona” “Yurqorden”lə iki illik müqaviləsi qalan futbolçunu heyətinə qatmağa çalışır. Milanlıların da oyunçuya müştəri düşməsindən sonra klubu onun üçün qiyməti 5 milyon avroyadək artırıb.

İspaniya nəhəngi yarımmüdafiəçi üçün 4 milyon avro təklif edir. İsveç klubu razılaşsa, daha sonrakı satışdan da müəyyən faiz qazanacaq.

Xatırladaq ki, “Yurqorden”də millimizin hücumçusu Musa Qurbanlı da çıxış edir.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right