“Turan Tovuz” üçün Antalya hazırlığı və 3 yoxlama oyunu

“Turan Tovuz” mövsümün ikinci yarısına hazırlığını Türkiyədə keçirəcək.

Newsport.az xəbər verir ki, bu barədə Tovuz klubu açıqlama yayıb.

Komanda yanvarın 3-də Antalyaya yollanacaq. Lara bölgəsində məskunlaşacaq “Turan Tovuz” yanvarın 17-dək burada hazırlığını davam etdirəcək. 3 yoxlama oyunu nəzərdə tutulub. Rəqiblərin adı isə hələlik açıqlanmayıb.

Qeyd edək ki, “Turan Tovuz” mövsümün ilk yarısını 22 xalla 7-ci pillədə başa vurub.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right