Azərbaycan millisinin forvardı Musa Qurbanlı bu ili ölkəmizdə keçirəcək.
Newsport.az saytına verilən məlumata görə, forvardın İsveçə yollanacağı tarix dəqiqləşib.
Belə ki, o, yanvarın 7-də Stokholma uçacaq. Oradan isə "Yurqorden"in düşərgəsinə qoşulacaq.
İsveçdə toplaşacaq Musanın komandası ardınca təlim-məşq toplanışı üçün ölkəni tərk edəcək.
Qeyd edək ki, İsveçdə yeni sezon martın 30-da başlayacaq. Musanın komandası həmin gün “Göteborq”un qonağı olacaq.
Millimizin hücumçusunun İsveç klubu ilə müqaviləsi 2026-ci il iyunun 30-na qədərdir.