Rəşad Sadıqov üçün yubiley qələbəsi

“Zirə” Rəşad Sadıqovun rəhbərliyi altında 50-ci qələbəsini qazanıb.

Newsport.az xəbər verir ki, bu, həm də baş məşqçi karyerasında yalnız bir klubu çalışdıran 41 yaşlı mütəxəssisin 50-ci uğuru olub.

Yubiley Azərbaycan kubokunun 1/8 final mərhələsinə təsadüf edib. Qəsəbə klubu "Turan Tovuz"la ev oyununda 2:1 hesablı əzmkar qələbə qazanıb.

Sadıqov 2020-ci ilin yayından rəhbərlik etdiyi “Zirə”ni ümumilikdə 125-ci matça çıxarıb. Paytaxt təmsilçisi onun rəhbərliyi altında 26 dəfə evdə, 24 dəfə səfərdə qalib gəlib.

Sadıqovun baş məşqçiliyi altında ilk qələbə 2020/21 mövsümünə təsadüf edib. “Qartallar” 2020-ci il sentyabrın 12-də Premyer Liqanın “Səbail”lə səfər oyununda 2:1 hesabı ilə qalib gəlib.(pfl.az)

 
 




Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right