"Qarabağ"ın futbolçusu Premyer Liqa klubuna icarəyə verilə bilər

“Qarabağ”ın yarımmüdafiəçisi Nihad Quliyev qışdan sonra Premyer Liqanın digər klubunda oynaya bilər.

Newsport.az saytına verilən məlumata görə, futbolçu daha çox şans tapmaq üçün gələn təklifləri dəyərləndirmək fikrindədir.

Onun xidmətində maraqlı olan əsas komanda “Kəpəz”dir. Gəncə təmsilçisi Quliyevi ən azından mövsümün sonuna qədər icarəyə götürməyi planlaşdırır. 

Quliyev ötən mövsümü də icarə əsasında "Şamaxı"da keçirmişdi.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right