Azərbaycan kuboku: "Neftçi" və "Qarabağ" 1/4 final mərhələsində Yenilənib

Bu gün Azərbaycan Kubokunda 1/8 final mərhələsinə yekun vurulub.

Newsport.az xəbər verir ki, günün ilk matçı Xankəndi şəhərində baş tutub. Burada "Qarabağ" MOİK-i qəbul edib. Ağdam təmsilçisi yalnız əlavə edilmiş dəqiqələrdə Nəriman Axundzadənin vurduğu qolla qələbə qazanıb.

Mərhələnin son oyunu isə "Neftçi Arena"da yerli komanda ilə "Qaradağ Lökbatan" arasında keçirilib. "Neftçi" rəqibinə 4:0 hesabı ilə qalib gəlib. 

Azərbaycan Kuboku
1/8 final
21 dekabr

14:00. "Qarabağ" - MOİK 0:1
Qol: 
Nəriman Axundzadə 90+4
Xankəndi şəhər stadionu

18:00. "Neftçi" - "Qaradağ Lökbatan" 4:0
Qollar: 
Olanare 20, Murad Qayalı 72(avtoqol), Boqomolski 77, Şinyaşiki 80
Hakim: Kamran Əliyev
Neftçi Arena





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right