Bu gün milli komandaların yeni rəytinq cədvəli açıqlanıb.
Newsport.az saytı xəbər verir ki, sonuncu dəfə açıqlanan siyahıda bəzi dəyişikliklər baş verib. Bu dəyişkliklər isə AÇ və DÇ-nın seçmə mərhələsinin oyunları ilə bağlıdır. Sözügedən dəyişikliklər Azərbaycan milli komandasının da irəliləməsinə səbəb olub. Belə ki, ötən ay Avro 2016-nın seçmə mərhələsində iki oyun keçirən və Bakıda Xorvatiya ilə (0-0), səfərdə isə Malta ilə (2-2) bərabərlik əldə edən millimizin aktivinə 37 xal yazdıra bilib. Bunanla da xallarının sayını 328-ə yüksəldən komandamız FİFA reytinqində 5 pillə irəliləyərək 105-ci pillədə qərarlaşıb.