Komanda yoldaşını vuran “Qəbələ”nin futbolçusuna cəza

AFFA İntizam Komitəsi Gənclər Liqasında çıxış edən “Qəbələ”nin futbolçu Okan Təhməzliyə sanksiya tətbiq edib.

Newsport.az xəbər verir ki, adıçəkilən oyunçu hansısa qayda pozuntusuna görə deyil, komanda yoldaşını vurduğu üçün cəzalandırılıb.

O, “Zirə” ilə matç başa çatdıqdan sonra bu addıma əl atıb. Buna görə də, Təhməzli “Qəbələ”nin növbəti 4 oyununu buraxmalı olacaq.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right