UEFA "Qarabağ"dan yazdı "Mükəmməl oynadılar"

UEFA Azərbaycan futbolu tarixində ilk dəfə Avropa Liqasının pley-off mərhələsinə yüksələn “Qarabağ” haqda yazı dərc edib.

Newsport.az qurumun rəsmi saytına istinadən xəbər verir ki, “Qarabağ”ın taleyi ilə görüşü” başlıqlı yazıda Ağdam klubunun qrup mərhələsində mükəmməl çıxış etdiyi qeyd olunub:

“Avropa Liqasında 8-ci cəhdində “Qarabağ” qrupda ilk 2 yerdən birini tutmağı bacardı və aruzusunda olduğu pley-off-a yüksəldi.  Azərbaycan çempionu H qrupunda mükəmməl çıxış etdi. Onlar  hətta böyük klub olan “Bayer”dən xal almağa yaxın oldular. Matçın sonuna yalnız bir neçə saniyə qalmış Viktor Bonifeys qələbə qolunu vurdu”.

Yazıda o qeyd olunub ki, “Qarabağ” bundan sonra da inamla çıxış etməlidir: “Qarabağ” "Braqa"ya qarşı çətin pley-off matçlarına özünə güvənərək çıxmalıdır. Baş məşqçi Qurban Qurbanov bu yerə gəldiklərinə görə komandası ilə fəxr edir”. 





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right