Asif Əsgərov "Tərəqqi" medalı ilə təltif olunub

"Qarabağ" Futbol Klubunun İdarə Heyətinin üzvü Asif Əsgərov "Tərəqqi" medalına layiq görülüb.

Newsport.az xəbər verir ki, Prezident İlham Əliyevin Azərbaycan Respublikası idmançılarının və idman mütəxəssislərinin təltif edilməsi haqqında imzaladığı Sərəncamla "Tərəqqi" medalı alanlar sırasında A.Əsgərov da var. O, Azərbaycanda idmanın inkişafında xidmətlərinə görə təltif edilib.

Xatırladaq ki, A.Əsgərov bu il Avropa Avropa Klublar Assosiasiyasının İdarə Heyətinin üzvü seçilib.

 
 




Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right