Fransa nəşri ötən həftəni Benzia üçün tamaşa adlandırdı

Fransanın “Le petit Lillois” nəşri “Qarabağ”ın futbolçusu Yassin Benziadan yazıb.

Newsport.az xəbər verir ki, nəşr onun ötən həffə nümayiş etdirdiyi oyunla azarkeşləri sevindirdiyinj qeyd edib.

Benzianın “Qarabağ”la Avroliqanın pley-off mərhələsinə yüksəlməsini ekzotik məqam adlandıran fransalı jurnalist futbolçunun “Fənərbaxça”, “Olimpiakos” və “Dijon”da karyerasından sonra bu ilin əvvəlində Azərbaycana getdiyini yada salıb. 

“Çətin start mövsümünə (üç oyun, sıfır qol) baxmayaraq, dünən axşam (18 dekabr - red.) Bakı “Neftçi”si ilə oyunda (2:0) o, bu mövsüm çempionatda artıq 6-cı qolunu vurdu. Bu, Benzianın ötən həftədəki tamaşasının davamı idi. O, Avropa Liqasında “Hekken”lə oyunda (2:1) da fərqlənə bilmişdi. Bu qol onun komandasına qalib gəlməyə və fevralda “Braq” “pley-off”da oynamağa imkan verdi” - deyə yazıda qeyd ediib.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right