"Sumqayıt" Türkiyəyə yollanacaq

“Sumqayıt”ın Misli Premyer Liqasının üçüncü dövrəsi üçün hazırlıq planları bəlli olub. 

Newsport.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, komanda dekabrın 23-də keçiriləcək “Səbail”lə oyundan sonra istirahətə buraxılacaq. 

Yeni ilin yanvar ayının 3-də Sumqayıtda toplaşacaq futbolçular hazırlıqlara doğma şəhərdə start verəcəklər. Üç gün davam edəcək məşqlərin ardınca komanda Türkiyənin Antalya şəhərinə yollanacaq. 

Yanvarın 6-dan 17-dək Lara bölgəsində yerləşən oteldə məskunlaşacaq “Sumqayıt” FK bu müddət ərzində 3 yoxlama oyununda qüvvəsini sınayacaq. 

8, 12 və 16 yanvar tarixlərində keçiriləcək qarşılaşmalarda rəqiblərin kimliyi barədə klubun rəsmi media hesablarında məlumat veriləcək





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right