Bu mövsüm Avropa Liqasının qrup mərhələsində mübarizə aparmış komandaların qapıçılarının etdiyi ən yaxşı seyvlər açıqlanıb.
Newsport.az xəbər verir ki, bu barədə Avropa Liqasının "X" sosial şəbəkəsindəki hesabında paylaşım edilib.
Ən yaxşı qurtarışlar arasında "Qarabağ"ın qapıçısı Andrey Lunyovun qrup mərhələsinin 6-cı turunda "Hekken"lə görüşdə etdiyi seyv də yer alıb.
Qeyd edək ki, bu matçda Ağdam təmsilçisi 2:1 hesablı qələbə qazanmışdı. "Qarabağ" qrup mərhələsini 10 xalla 2-ci pillədə başa vuraraq pley-offa adlayıb.Qurban Qurbanovun komandası pley-offda Portuqaliya "Braqa"sı ilə üz-üzə gələcək.
https://twitter.com/i/status/1736782372861796828