Azərbaycan kuboku: "Araz-Naxçıvan" və "Qəbələ" 1/4 finalda Yenilənib

Bu gün Azərbaycan kubokunda 1/8 final mərhələsinin növbəti görüşləri keçirilib. 

Newsport.az xəbər verir ki, ikinci oyun günündə daha iki qarşılaşma baş tutub.

İlk görüş “İrəvan” və “Araz-Naxçıvan” klubları arasında olub. Naxçıvan təmsilçisi rəqibinə böyük hesabla qalib gəlib.

Qəbələ isə "İmişli"ni çətinliklə məğlubiyyətə uğradıb.  

İrəvan - "Araz-Naxçıvan" 2:8
Qollar: 
Vüsal Qənbərov, 16, Vüsal Əsgərov, 37 - Aksel Nqando, 24, 43, 45+4 (pen), Orxan Əliyev, 25, 51, Miço Kuzmanoviç, 73, Elvis Maşike, 80, 83
Bakı, ASK Arena stadionu
Baş hakim: Cavid Cəlilov.

"İmişli" - "Qəbələ" 0:1 
Qol: 
Mehrac Baxşalı 90+3
Qəbələ şəhər Stadionu
Baş hakim: Emin Əliyev





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right