"Bu gün komandamız meydanda vuruşdu. Futbolçuların bu cür mübarizə aparmasının səbəbi onları bura dəstəkləməyə gələn azarkeşlərdi. Çünki biz fanatların görmək istədiyi oyunu oynamağa çalışırıq. Oyun azarkeşlərə də xoş gəlməlidir ki, onlar da buna görə komandaya olan davamlı dəstəkləri daha da artırsınlar".
Newsport.az xəbər verir ki, bu sözləri "Kəpəz"in baş məşqçisi Adil Şükürov Azərbaycan kubokunun 1/8 finalında "Sabah"la oyundan (3:4) sonra keçirilən mətbuat konfransında deyib.
"Çalışdıq ki, azarkeşlərin razı qalacağı futbolu oynayaq, mübarizə aparaq. Təbii ki, rəqib komanda da ustalığını göstərdi. Mərhələ adladıqları üçün onları təbrik edirəm. Bizim üçün kubok yarışı bitdi. Gələcəyə baxırıq. Çempionatdakı oyunlara hazırlaşmalıyıq" - deyə o bildirib.