Məşhur analitik Gracenote nəşri UEFA Avropa Liqasının 1/16 finalında mübarizə aparacaq 24 komandanın turniri qazanmaq şanslarını qiymətləndirib.
Newsport.az xəbər verir ki, Azərbaycan təmsilçisi “Qarabağ”ın bu yarışın qalib olmaq şansı bir faizdən az göstərilib.
"Qarabağ"la yanaşı, Fransanın “Tuluza” və “Renn”, İsveçrənin “Yanq Boyz”, Çexiyanın “Sparta” və Ukraynanın “Şaxtyor” klubları da eyni faiz göstəricisi ilə sonuncu pillələrdədir.
Favorit kimi "Liverpul", (38%), 2-ci yerin sahibi isə "Qarabağ"la eyni qrupda mübarizə aparmış "Bayer" (12%) göstərilib.
Qeyd edək ki, bu gün Avropa Liqasında 1/16 final mərhələsinin püşkü atılacaq.