Bu gün Azərbaycan kubokunda 1/8 final mərhələsinə start verilib.
Newsport.az xəbər verir ki, ilk oyun günündə 2 matç keçirilib.
Əvvəlcə Premyer Liqa təmsilçiləri üz-üzə gəlib. "Kəpəz" "Sabah"ı qəbul edib. Maraqlı və bol qollu oyun "Sabah"ın 4:3 hesablı qələbəsi ilə başa çatıb. "Sabah" 1/4 finalda "Qarabağ" - MOİK cütünün qalibi ilə üz-üzə gələcək.
Digər görüşdə isə "Sumqayıt" 1-ci liqa təmsilçisi "Karvan"la qarşılaşıb və rəqibini 3:1 hesabı ilə məğlub edib. Komanda 1/4 finalda "Neftçi" - "Qaradağ Lökbatan" cütünün qalibi ilə oynayacaq.
Qeyd edək ki, bu mərhələ bir oyundan ibarətdir.
18 dekabr
Azərbaycan Kuboku
1/8 final
17:00. "Sumqayıt" - "Karvan" - 3:1
Qol: Kamran Əliyev, 55 (1:0), İzzət Muştaqov, 65 (1:1), Erik Sorqa, 82 (2:1), Rövlan Muradov, 88 (3:1)
Hakimlər: Kamranbəy Rəhimov, Vüqar Bayramov, Sənan Atayev, Fəridə Lütfəliyeva
"Kapital Bank Arena"
14:00. "Kəpəz" - "Sabah" - 3:4
Qol: Vinsent Til, 14 (0:1), Cesse Sekidika, 23 (0:2), Adama Niane, 36 (1:2), Emmanuel Apeh, 39 (1:3), Adama Niane, 45 (2:3), 76 (3:3), Amin Seydiyev, 90 (3:4)
Hakimlər: Rəşad Əhmədov, Eyyub İbrahimov, Asiman Əzizli, Rauf Allahverdiyev
Tovuz şəhər stadionu