“Rəvan”ı Rusiyada darmadağın etdilər

“Rəvan” klubu UEFA-nın Gənclər Liqasında debüt edib.
 
Newsport.az-ın məlumatına görə, Azərbaycanın bu yarışdakı ilk təmsilçisi kimi tarixə düşən paytaxt klubu Rusiya “Spartak”ı ilə qarşılaşıb.
 
Belə ki, “Rəvan” Moskvada “Spartak”la üz-üzə gəlib. I mərhələnin ilk qarşılaşması “sarı-qırmızılar”ın böyükhesablı məğlubiyyəti  ilə başa çatıb – 0:4.
 
Qeyd edək ki, bu komandalar arasında cavab matçı bir həftə sonra Bakıda keçiriləcək. Cütün qalibi növbəti mərhələdə "Şalke" (Almaniya) - "Ayaks" (Hollandiya) cütünün qalibi ilə qarşılaşacaq.

 





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right